Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapıldı

11:44 - 18 / 06 / 2021
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapıldı

Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

1news.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər