Səbaildə yeni təşəbbüs - heykəltəraşlıq abidələrində təmizlik işləri aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə yeni təşəbbüs - heykəltəraşlıq abidələrində təmizlik işləri aparılır - FOTO

Qafar Ağayev14:50 - 19 / 06 / 2021
Səbaildə yeni təşəbbüs - heykəltəraşlıq abidələrində təmizlik işləri aparılır - FOTO

Ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Səbail rayonunda aparılan quruculuq işləri çərçivəsində irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su təchizatı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.

Səbail Rayon İcra Hakimiyyətindən 1news.az-a bildirilib ki, rayon ərazisində aparılan quruculuq və abadlıq işləri çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun mərkəzi hissəsində 19 və 20-ci əsrlərdə yaşayıb yaratmış şairlərin, yazıçıların, tarixi şəxsiyyətlərin və alimlərin xatirəsinə quraşdırılmış abidələr, heykəllər, büstlər, qorelyef və barelyeflər ətrafında təmizlik işləri mütəmadi olaraq aparılır.

Növbəti belə iməcilik aksiyası bu günlərdə Səbail Rayon Mənzil Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Bələdiyyələrin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən bütün heykəltəraşlıq abidələrində neytral yuyucu vasitələrdən istifadə olunmaqla təmizlik işləri həyata keçirilmişdir.

Bununla yanaşı, qeyd etmək istəyirik ki, rayonunun mərkəzi hissəsində yerləşən tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən davam edir. Tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşları korlanmasının qarşısı qətiyyətlə alınır.

Paylaş:
657

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər