Əməliyyat keçirildi - Sosial şəbəkələrdə onlayn narkotik satan 27 nəfər saxlanıldı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyat keçirildi - Sosial şəbəkələrdə onlayn narkotik satan 27 nəfər saxlanıldı - FOTO - VİDEO

Qafar Ağayev11:17 - 21 / 06 / 2021
Əməliyyat keçirildi - Sosial şəbəkələrdə onlayn narkotik satan 27 nəfər saxlanıldı - FOTO - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı sosial şəbəkələrdə onlayn yolla narkotik vasitələrin satışını həyta keçirən 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında bərpası mümkün olmayan fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Təəssüf doğuran haldır ki, bu bəlaya ilk olaraq gənclər və yeniyetmələr yoluxur. Narkotik maddə alverçiləri bu yaş kateqoriyasına aid olan insanları asanlıqla öz girovlarına çevirməyə nail olurlar.

Dünya miqyasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınması istiqamətində ciddi addımlar atılsa da, “ağ ölümün” daha geniş miqyasda yayılmasının metodları günbəgün yenilənir. Xüsusən 20-ci yüzilliyin sonu 21-ci əsrin əvvəllərindən başlayaraq yaşanan elmi texniki tərəqqi gənclərin kütləvi şəkildə texnoloji yeniliklərə maraq göstərməsi bir tərəfdən təqdirəlayiq hal kimi qiymətləndirilsə də, narkotik vasitələrin də zaman məkan anlayışı tanımadan geniş relyefdə yayılmasına yol açılıb. Xüsusən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər qısa zaman ərzində psixoloji problemləri olan, düzgün tərbiyə üsulları ilə böyüməyən və sonda sosial şəbəkələrə üz tutan gənc nəslin “əməyindən” öz çirkin əməlləri üçün istifadə edirlər. Belə olan halda qeyd edilən tip insanlar narkotiklərin satışı ilə məşğul olan şəxslərin sosial şəbəkələrdə onlara narkokuryerlik etmək təklifini asanlıqla qəbul edirlər.

Ölkə ərazisində xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövrlər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Qeyd edilməlidir ki, rəhbərləri xarici ölkələrdən birində olan və ümumilikdə 32 nəfərdən ibarət olan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan növbəti şəbəkənin mövcud olması barədə Baş İdarəyə daxil olmuş əməliyyat məlumatları əsasında silsilə tədbirlər həyata keçirilib. Nəticədə əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvü saxlanılıb, 5 nəfər isə axtarışdadır. Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar. Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Onu da bildirək ki, mütəşəkkil dəstənin başçıları narkokuryerkliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən ibarət şəbəkənin 7 üzvü qadındır.

Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışı ilə bağlı aralarındakı gizli sövdələşmələri sübüt edən yazışmalar, eləcə də, Bakı şəhərinin demək olar ki, hər bir rayonunda mövcud olan və narkotik vasitələrin tədarük edildiyi saxlanc yerləri müəyyən edilib. Həmin məkanlara Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilən zamanı külli miqdarda narkotik vasitələr olan heroin, tiryək, marixuana, habelə metamfetamin, kokain, yüksək təsiredici psixotrop tərkibli təsiredici dərmanlar, ekstazi həbləri, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları, ödəniş qəbzləri, müxtəlif ölkərə məxsus mobil nömrələr və sair sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir. Bu isə onların asanlıqla natrkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.

İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.

Paylaş:
566

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər