Bu gün Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayır

09:12 - 23 / 06 / 2021
Bu gün Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayır

Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

1news.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Samir Əliyev sədrlik edəcək.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi, cinayət işi baxışa təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər