Slavyan Universitetinə rektor əvəzi təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Slavyan Universitetinə rektor əvəzi təyin olundu

12:08 - 24 / 06 / 2021
Slavyan Universitetinə rektor əvəzi təyin olundu

Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olunub.

1news.az bildirir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilib. A.Nağıyev kollektivə təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncamla Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

1news.az

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər