Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı - FOTO

Qafar Ağayev12:21 - 24 / 06 / 2021
Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı - FOTO

24 iyun tarixində Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilmişdir.

1news.az xəbər verir ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Dövlət Sərhəd Xidmətunin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik etmişdir.

Çıxışda Azərbaycan Res­publika­sının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, xalqımızın yenilməz milli ruhu, Silahlı Qüvvə­lərimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən üzərində Böyük Qələ­bənin əldə olunması, Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğur­la icra edərək şücaət və igidliklərilə qəhrəmanlıq sal­namələri yazdıqları vurğu­lanmışdır.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhəd­lərimizin iş­ğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə fəaliyyətinə baş­lanılması, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuş, görülən işlər çərçi­vəsində növbəti hər­bi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sər­həd müha­fi­zə­sinə ali döv­ləti diqqətin daha bir təzahürü olması bildirilmişdir.

Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, düşmən tapda­ğından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi şərəfini daşıyan Azərbaycan sərhədçi­lərinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəh­bərliyi altında ölkəmizin ərazi hüdüdlarının mühafizəsi üzrə tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəkləri xüsusi qeyd olunmuşdur.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilmişdir.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilmişdir.

Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında və­zifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətlən­dirilmişdir.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilmişdir.

Paylaş:
478

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər