“Dəmir Yumruq” əməliyyatının mükafatçı əsgərləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəmir Yumruq” əməliyyatının mükafatçı əsgərləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ

22:54 - 25 / 06 / 2021
“Dəmir Yumruq” əməliyyatının mükafatçı əsgərləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və Respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif olunub.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Dəmir Yumruq” əməliyyatının mükafatçı əsgərləri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – "İki sahil" qəzetinin baş redaktorunun müavini, ehtiyatda olan kapitan Anar Miriyev, Vətən Müharibəsi qazisi, Prezident mükafatçısı, Hərbi Qənimətlər Parkının meneceri Orucəli Abbaszadə, Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı Alişan Məmmədov, Əsgər anası, şairə, AYB-nin üzvü Nuranə Nur və Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ətrafında müzakirə aparıblar.

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər