Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün məhkəməsində ittiham aktı elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün məhkəməsində ittiham aktı elan edilib

13:52 - 29 / 06 / 2021
Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün məhkəməsində ittiham aktı elan edilib

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 13 üzvü -Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti iclası davam etdirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq məhkəmə tərkibi və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə təqdim edilib. Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin hüquqlarını izah edib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina, məhkəmə və dövlət ittihamçısı da etiraz edə bilər.

Təqsirləndirilən şəxslər bildiriblər ki, onların ibtidai istintaqdan və saxlanma şəraitlərindən narazılıqları yoxdur və onlara saxlanıldıqları müddətdə heç bir təzyiq olmayıb.

Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı Seyhun Azadəliyev ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Sözügedən şəxslər ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz olaraq keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərdə yerləşiblər. Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Təqsirləndirilən qrupa qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə, saxlama) 279-cu (qanunsuz silahlı birləşməkdə qruplar yaratma, onların tərkibində döyüşməkdə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Proses davam etdirilir.

1news.az

Paylaş:
242

Son xəbərlər

Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEOBu gün, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilibBu gün, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİBBu gün, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidirBu gün, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıbBu gün, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - FOTOBu gün, 14:53Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədirBu gün, 14:49Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdiBu gün, 14:35İtkin düşən Gülalı Dadaşov 30 il sonra dəfn edildi - FOTOBu gün, 14:27Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 14:19İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edirBu gün, 14:16
Bütün xəbərlər