72 kiloqramdan artıq narkotikin satışının qarşısı alınıb - 11 nəfər saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

72 kiloqramdan artıq narkotikin satışının qarşısı alınıb - 11 nəfər saxlanıldı - FOTO

Qafar Ağayev14:27 - 29 / 06 / 2021
72 kiloqramdan artıq narkotikin satışının qarşısı alınıb - 11 nəfər saxlanıldı - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsi paytaxt Bakı və bölgələrdə narkotik vasitlərin aktiv satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib, qanunsuz dövriyyədən 72 kiloqramdan artıq narkotik vasitə çıxarılıb, əməliyyatlar zamanı 11 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun yaşadığı Bərdə şəhərində yerləşən evindən isə əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və 1000 ədəd satışı qadağan olunan yüksək təsiredici “Metadon” həbləri aşkar olunub. İbrahim İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amid Süleymanov, Zakir Abbasov və Müşfiq Əliyev tutulublar. Amid Süleymanovun üzərinə və yaşadığı Ramana qəsəbəsindəki evinə baxış zamanı 6 kiloqram 89 qram heroin, 2 kiloqram 50 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Bu əməliyyat zamanı saxlanılan Zakir Abbasov və Müşfiq Əliyev Sabunçu rayonunun qəsəbələrində narkotik vasitələrin satışı, daşınması və gizlədilməsində Amid Süleymanova yaxından köməklik göstəriblər.

Baş İdarə əməkdaşlarının müvafiq olaraq paytaxtın Nərimanov, Xəzər, eləcə də, Abşeron rayonu ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Ələsgərov, Elvin Rəsulov, Samir Şahverdiyev, Nail Nəsirov və Səbuhi Hüseynli saxlanılıblar. Baxış zamanı Vüqar Ələsgərovdan 1 kiloqramdan artıq heroin və metamfetamin, Elvin Rəsulovdan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri, Samir Şahverdiyev və Nail Nəsirovun üzərlərindən, eləcə də, idarə etdikləri avtomobillərdən ümumilikdə 1 kiloqram 40 qram heroin, metamfetamin və elektron tərəzi, Səbuhi Hüseynlidən isə ümumilikdə 2 kiloqram 361 qram heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı həyata keçirdiyi sonuncu əməliyyat zamanı isə Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Ramil Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı ümumi çəkisi 20 kiloqram olan 91 ədəd aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolu aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 72 kiloqramdan artıq narkotik maddə heroin və psixoptrop maddə metamfetamin, o cümlədən, 91 ədəd çətənə kolu və 1000 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı saxlanılanların hər biri paytaxt Bakı və ətraf ərazilərdə narkotik vasitələrin aktiv satışını həyata keçirən şəxslər olublar. Onların cinayət əlaqələrinin və əldə etdikləri narkotik vasitələrin mənbələrinin müəyyən edilməsi istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Paylaş:
352

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər