Bakı Baş Səhiyyə İdarəsinin bazasında yeni qurum yaradılır
Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır.
1news.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Onun sözlərinə görə, proses yaxın zamanda yekunlaşacaq.
"İlkin səhiyyə xidmətinə aid olan bütün strukturlar həmin tibb mərkəzində birləşəcəklər. O cümlədən, 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Nəticə etibarilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.
425