Azərbaycanda 16 mindən çox tibb işçisi koronavirusa yoluxub

"Ötən bir il ərzində Azərbaycanda koronavirusa yoluxan 149 399 xəstə evdə nəzarətə götürülüb".
1news.az-ın verdiyi xəbərə görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Çağrı mərkəzinə 112 981 zəng daxil olub: "Ölkə üzrə ümumi 16 295 tibb işçisi COVID-19 virusuna yoluxub. Onlardan 4 658-i həkim, 6 224-i orta tibb işçisi, 5 408-i digər tibb işçiləridir".
363