“Kobra” ləqəbli Pərviz Abdullayevdən FULL qələbə! | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kobra” ləqəbli Pərviz Abdullayevdən FULL qələbə!

19:08 - 01 / 07 / 2021
“Kobra” ləqəbli Pərviz Abdullayevdən FULL qələbə!

“Full Energy”nin dəstəklədiyi “Kobra” ləqəbi ilə tanınan azərbaycanlı kikboks döyüşçümüz Pərviz Abdullayev braziliyalı təmsilçi ilə döyüşdən qalib ayrılmışdır.

Belə ki, İstanbulda Sami Akın tərəfindən təşkil olunmuş döyüşlər arasında gecənin mərkəzi döyüşü hesab edilən “Kobra” Pərvizin matçı həmyerlilərimiz ilə bərabər qardaş ölkə - Türkiyə vətəndaşları üçün də böyük marağa səbəb olmuşdur.

27.06.2021 tarixində baş tutan bu qarşıdurmaya hər iki tərəfin güclü hazırlaşmasına baxmayaraq, braziliyalı döyüşçü Ferreira Guilherme Rorigo Pərviz Abdullayevin güclü zərbələrinə tab gətirə bilməmiş və döyüşdən məğlub ayrılmışdır.

Qeyd edək ki, “Akın Dövüş Arenasında” baş tutan bu qarşıdurma Türkiyənin ən çox izlənən kanallarından olan “TV8” kanalında canlı yayımlanıb. Bundan başqa, döyüşçümüzə “Full Energy” sponsor olaraq öz dəstəklərini əsirgəməyib.

Reklam hüququnda

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər