Plastik qabların qadağası və sağlamlığa təsiri – “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Plastik qabların qadağası və sağlamlığa təsiri – “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva09:35 - 01 / 07 / 2021
Plastik qabların qadağası və sağlamlığa təsiri – “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Plastik əşyaların zərəri daimi mübahisə mövzularından biridir. Maddi baxımdan ucuz və istifadəsinin praktik olması plastikə olan tələbatın əsas artma səbəblərindəndir. İnsan orqanizminə, canlılara və təbiətə zərər verən plastik məhsulların istehsalı ilə paralel, istifadəsini qadağan edən ölkələrin də sayı artmaqdadır.

Plastmasın tərkibi iki qarşılıqlı birləşməyə girən və qarışmayan maddələrdən ibarətdir. Hazırlıq prosesində polimerdən başqa, materiala polimerin axıcılıq temperaturunu aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Əsasən, gündəlik tələbat məhsullarında, qablaşdırmada, borularda, oyuncaqların hazırlanmasında istifadə olunur. Polietilenin tərkibində olan A bisfenolu həyati təhlükə daşıyır. BPA adı ilə tanınan maddənin orqanizmdə astma, xərçəng şişlərinin inkişafı, ürək-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Plastik qabların qadağası və sağlamlığa təsiri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin Ekoloji risklərin təhlili və qiymətləndirilməsi sektorunun müdiri Mehman Nəbiyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev, mustəqil ekspert Amin Məmmədov və hüquqşünas Şamil Paşayev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
437

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər