Son zəngində özünə şəhidlik arzulamışdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Son zəngində özünə şəhidlik arzulamışdı - VİDEO

11:53 - 01 / 07 / 2021
Son zəngində özünə şəhidlik arzulamışdı - VİDEO

O, özünə şəhadət arzulayırdı. Sanki qarşıda vətənin azadlığı uğrunda son savaşın başlayacağını bilirdi və bu savaşda öz yerini artıq müəyyən etmişdi. Söhbət Samux rayonundan olan qəhrəmanımız Nurəddin Hümbətovdan gedir. O, 44 günlük vətən müharibəsində böyük şücaət göstərib. Onun döyüş yolu Murovdağ istiqamətindən Şuşaya qədər davam edib. Qəhrəmanımız ölümündən sonra 4 medalla təltif edilib.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, hələ bir neçə il bundan əvvəl məzun günündə özünə şəhidlik arzulamışdı. Torpaqlarımızın azadlığı uğrunda şəhidliyə can atan gənc 44 günlük vətən müharibəsində arzusuna çatdı.

Samux rayonundan olan Nurəddin Hümbətov hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qayıdıb. MAXE kimi xidmətə başlayan qəhrəmanımız vətən müharibəsində böyük şücaət göstərib.

Döyüşlərdə düşmənə qan udduran Nurəddin Hümbətov Şuşanın azad edilməsindən bir gün sonra şəhadətə yüksəlib.

Vətən üçün canını fəda edən 22 yaşlı şəhidimiz ailəsi üçün əsl qürur mənbəyinə çevrilib.

Şəhid qəhrəmanımız ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunamsına görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

1news.az

Paylaş:
227

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər