Əhməd İsmayılov: Onlayn mediaya dəstəyi köhnə ənənənin davamı adlandırmaq düzgün deyil

"Çap və onlayn nediaya dəstəklə bağlı müsabiqənin təşkil edilməsində məqsəd peşəkar medianın formalaşması ilə bağlı addımın atılmasıdır" .
1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
"İndiyədək Azərbaycanda onlayn media üçün dəstək həyata keçirilməyib. İlk dəfə olaraq Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək verilib. Bundan başqa ilk dəfə olaraq idman jurnalistlərinə dəstək üçün də müsabiqə keçirilib.
Onlayn mediaya dəstək verilməsini köhnə ənənə adlandırmaq düzgün deyil. Çünki əvvəllər onlayn media subyektlərinə maliyyə dəstəyi verilməsi mexanizmi olmayıb. Onlayn media subyektlərinə dəstək 6 aylıq verilir. Bundan sonra da dəstək verilən saytlarla bağlı monitorinq aparılacaq. Əgər monitorinqin nəticəsində müəyyən olunsa ki, verilən dəstək təyinatı üzrə istifadə olunmursa, həmin media subyektlərinə verilən maliyyə resursu dayandırılacaq".
Qafar Ağayev