Azərbaycanda Qurban bayramı ilə bağlı 4 gün iş olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Qurban bayramı ilə bağlı 4 gün iş olmayacaq

10:14 - 02 / 07 / 2021
Azərbaycanda Qurban bayramı ilə bağlı 4 gün iş olmayacaq

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

1news.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.

1news.az

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər