“Pandemiya və qəbul imtahanları” – “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pandemiya və qəbul imtahanları” – “Çıxışa doğru”da MÜZAKİRƏ

23:50 - 02 / 07 / 2021
“Pandemiya və qəbul imtahanları” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Dövlət İmtahan Mərkəzi imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirib.

Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdəndir.

Bu tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçıları da özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və ümumi imtahan qaydaları ilə yanaşı, müvafiq profilaktik qaydalara da riayət etməlidirlər.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Pandemiya və qəbul imtahanları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – BMU-nun prorektoru, dosent Elçin Süleymanov, qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib, təhsil eksperti Kamran Əsədov və təhsilin idarəolunması üzrə mütəxəssis Elvin Bədirov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər