Kann Film Festivalından öncə: qırmızı xalça və Chopard brilyantlarının parıldaması - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Kann Film Festivalından öncə: qırmızı xalça və Chopard brilyantlarının parıldaması - FOTO

19:41 - 05 / 07 / 2021
Kann Film Festivalından öncə: qırmızı xalça və Chopard brilyantlarının parıldaması - FOTO

Bütün kino dünyası intizarla donub qaldı... Axı, sabah iyulun 6-sı dünyanın ən qədim və ən prestijli festivallarından biri – 74-cü Kann Beynəlxalq Film Festivalı öz qapılarını açacaq!

Bu ilki əsas müsabiqənin münsiflər heyətinə amerikalı rejissor Spayk Lee sədrlik edəcək, açılış mərasimində isə fransız rejissoru Leos Karaksın “Annette” adlı filmi nümayış olunacaq.

Bu münasibətlə festivalın əfsanəvi tərəfdaşı olan Chopard zərgərlik Evi ənənəvi olaraq əsas mükafatları - “Qızıl palma budaqları”nı hazırladı. Onlar, hər il ən yaxşı bədii və qısametrajlı filmlərə görə təqdim olunurlar.

Kann Film Festivalı ilə Chopard Zərgərlik Evinin ortaq tarixi 1997-ci ildə, Festivalın Başçısı Pyer Viot, Chopard Zərgərlik Evinin həmsədri və yaradıcı direktoru Karolina Şoyfeleyə xahişindən başladı. O, Palme d'Or dizaynını yeniləmək istədi və təbii ki, Karolina onun təklifi ilə razılaşdı. 2000-ci ildə ən yaxşı aktyor və ən yaxşı aktrisa nominasiyaları üçün iki balaca palma budağının dizaynını hazırladı. 2014-cü ildən etibarən Chopard, Palma d'Or'u yalnız Fairmined sertifikatına malik olan qızıldan hazırlayır.

Hal-hazırda, Chopard zərgərləri Palma d'Or-a əlavə olaraq, festivalın digər mükafatlarını da hazırlayırlar. Palma budağı ilə həkk olunmuş büllurdan hazırlanmış mükafatlar, festivalın bağlanış mərasimində qaliblərə təqdim olunur.

2001-ci ildə Chopard festival ilə tərəfdaşlığını gənc istedadlar üçün xüsusi mükafat olan Chopard Trophée ilə gücləndirdi.

Nəhayət, hər il Chopard film festivalının keçirildiyi il sayına bərabər bir sıra zərgərlik əşyaları yaradır. Bu il onların sayı 74-ə çatacaq və kolleksiyanın əsas ilham mənbəyi festivalın qırmızı xalçasında görünən ulduzları olacaq.

Karolina Şoyfele etiraf edir: “Kann həmişə mənim üçün kino və cazibə birləşməsinin simvolu olub. Xatırladığım qədər mən həmişə film sənayesinin sehrli dünyasına aşiq olmuşam. Heç kimin görmədiyi filmləri görmək və orada iştirak edən möhtəşəm aktyorlarla canlı tanış olmaq çox xoşdur. Kann mənim üçün tükənməz bir ilham mənbəyidir ”.

Bugün, Chopard ilə festival arasında dərin bir əlaqə var. Ev, dünyanın ən nüfuzlu moda tədbirlərindən birinə məşhur ulduzların taxdığı yüksək zərgərlik əşyaları ilə daha çox cazibə əlavə etdi.

Onların arasında artıq Şarliz Teron, Keyt Blanşett, Culiyanna Mur, Şeron Stoun, Gvinet Peltrou, Xilari Suenk, Marion Kotiyar, Lea Seydu, Penelopa Kruz, Skarlet Yohansson, Lupita Niongo, Frida Pinto, Fan Bingbing, İzabel Yupper, Katrin Denöv, Jeyn Fonda və digərləri olub.

Möhtəşəm Ancelina Coli'nin 2007-ci ildə sarı paltar və nərgiz gülü rəngində brilyantlarla bəzədilmiş qırmızı xalçaya çıxışını necə unuda bilərik? Culiya Roberts-in ilk dəfə 2016-cı ildə Kann Film Festivalında göründüyü və təəccüblü zümrüd bir boyunbağı ilə bəzədilmiş təbii gözəlliyini də unutmaq mümkün deyil.

Karolina Şoyfele isə, 2013-cü ildə Marion Kotiyarın qırmızı xalçaya çıxışını xüsusilə seçir. Bundan sonra aktrisa ilk dəfə olaraq Chopard brendinin Green Carpet kolleksiyasının zinət əşyalarını öz obrazına əlavə edib.

Yalnız bir gün sonra bir daha brilyantların parıltısı ilə işıqlanan sehrli kino dünyasına birlikdə qərq olacağıq. Reportajlarımızı izləyin.

Paylaş:
3105

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər