Ağdamda yeraltı və yerüstü sulardan istifadə ilə bağlı kəşfiyyatlara başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda yeraltı və yerüstü sulardan istifadə ilə bağlı kəşfiyyatlara başlanılıb

17:45 - 06 / 07 / 2021
Ağdamda yeraltı və yerüstü sulardan istifadə ilə bağlı kəşfiyyatlara başlanılıb

Ağdam rayonunda yeni smart şəhərin salınması prosesində yeraltı və yerüstü suların müəyyənləşdirilməsinə başlanılıb.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, Ağdamda yerüstü və yeraltı sular mövcuddur: "Yerüstü sular Xaçınçay və Qarqarçaydan qidalanır. Xaçınçayın orta illik su sərfi 1.7 kub metr/saniyə, Qarqarçayın isə 1.28 kubmetr/saniyədir. Bu isə 100 min əhalisi olacaq Ağdam şəhərinin həm içməli su, həm də suvarma təminatının şəbəkəsinin qurulmasına bəs etməyə bilər. Buna görə də alternativ su mənbəyi kimi bu prosesdə yeraltı su yataqlarından istifadə nəzərdə tutulur. Ağdam Qarabağdüzü su yatağının ərazisindədir. Bu yatağın illik resursu 1,9 milyard kub təşkil edir. Əgər bu sudan effektiv istifadə edilərsə, onun istismar resursları həm Ağdam şəhərinin içməli su ilə təchizatına, həm də suvarma şəbəkəsinin, 20 min hektara yaxın torpaq sahəsinin suvarılmasına səbəb olacaq. Lakin artezian quyularında suyun istehlakı üçün böyük enerji sərfiyyatı lazımdır. Ona görə də bu prosesdə daha səmərəli istifadəyə üçün yeraltı artezian quyularından istifadə nəzərdə tutulub. Çünki bu sular daimi və dinamik, eyni zamanda təhlükəsizdir. Ona görə də artıq yeni layihələr əsasında "Azərsu" ASC Ağdamın su ilə təchiz edilməsində ümumi su resursları 40 kubmetr/saniyə olan iki sugötürücüdən istifadə edəcək. Artıq bunun üçün kəşfiyyat quyularının qazılmasına başlanılıb. Bununla yanaşı, Ağdamın şərq hissəsində 90-cı ilə qədər 752-dən artıq quyu qazılıb. Bu quyulardan bir neçəsinin texniki vəziyyəti korlansa da onların bərpası və yenidən istismatra verilməsi məsələsi müzakirə olunur.

Həmçinin, enerji sərfiyyatının azaldılması məqsədilə günəş enerjisindən artezianlar üçün istifadəsi müzakirə edilir. Güman edirəm ki, Ağdam rayonunun yenidən qurulmasında rayonun yeraltı və yerüstü sularından istifadə ediləcək. Bura hətta ətraf rayonlara belə yardım edə biləcək səviyyədə ehtiyatlara malikdir".

1news.az

Paylaş:
438

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər