ÜST-dən əhaliyə maska ilə bağlı MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST-dən əhaliyə maska ilə bağlı MÜRACİƏT

S.Xankişiyeva13:23 - 08 / 07 / 2021
ÜST-dən əhaliyə maska ilə bağlı MÜRACİƏT

"Mayın ortalarından etibarən koronavirusa yoluxma sayları və ölüm halları azalıb”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu, çox yaxşı haldır:

"Üçüncü dalğa keçmiş kimi görünür. Karantin rejimi yumşaldılıb, toylar başlayıb. Ümumi olaraq, insanlar da özünü yaxşı hiss edir. Amma diqqətli olmaq, insanlar çox olan yerdə, qapalı məkanlarda maska taxmaq lazımdır.

Ağlımızda olsun ki, sentyabr-oktyabr bizim üçün təhlükəlidir, çünki ötən il də payızda yoluxma hallarında yenidən artım var idi. "Delta ştammı”nın necə olacağını tam olaraq bilmirik. Əgər dövlətlər lazımi tədbirlər görməsə, sentyabrdan etibarən yenidən artım ola biləcəyini düşünürəm”.

Onun sözlərinə görə, Operativ Qərargah hələ də işləyir və vəziyyət daim monitorinq edilir:

"Pandemiya bitməyib. Vəziyyət həm insanlardan, həm də hökumətin qabaqlayıcı tədbirlərindən asılıdır. Əgər hər kəs pandemiya bitmiş kimi davranarsa, bu zaman yoluxma sayında artım görə bilərik. Hamının məsuliyyətli olması lazımdır, çünki bu, bizim sağlamlığımızla bağlıdır”.

Paylaş:
198

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər