Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı

14:00 - 08 / 07 / 2021
Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı

166 Yükdaşıma və Logistika şirkəti növbəti yay təcrübə proqramına start verir!

Dördüncü kurs tələblələri, bakalavr təhsilini 2021-ci ildə bitirənlər və ya magistr dərəcəsi üzrə təhsil alan namizədlər “166 Logistika Akademiyası - 2021” yay təcrübə proqramına müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.

166 Logistika Akademiyası – 2021 yay təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:

· İnsan Resursları

· Nəqliyyatın İdarə Olunması

· Marketinq və Biznesin İnkişafı

· Qrafik Dizayn

· E-kommersiya

· Data Analitikası

· Hüquq

· Maliyyə və Mühasibatlıq

· Korporativ Əməliyyatlar

· Çağrı Mərkəzi

· Korporativ Satış

· İnformasiya texnoloqiyaları

· Təchizat

· Müştəri məmnuniyyəti

Qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər hr.166.az işə qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sənədlərin son qəbul tarixi: 31.07.2021

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara tam iş günü və şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub və 43 nəfər uğurla tamamlayaraq şirkətdə işlə təmin edilib.

Reklam hüququnda

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər