Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır - Əflatun Amaşov
"Biz bəzi jurnalistlərin şəhid ailələrin pul alması ilə bağlı faktları araşdırıq.Bununla bağlı İcra Hakimiyyətləri ilə təmasdayıq. Çünki onlar ünvan, əlaqə nömrəsi öyrənərkən ilk növbədə yerli icra strukturlarına müraciət edirlər.
1news.az Trend-ə istinadən bildirir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Bildirib ki, əgər, həqiqətən belə bir şey baş veribsə, utanc gətirən bir faktdır: "Şəhid ailələrindən pul alınması bağışlanan hal deyil. Mütləq hüquq mühafizə orqanları bu məsələləri diqqətdə saxlamalı, günahkarlar cəzalandırılmalıdır".
1news.az
441












