Bütün mükəmməllikləri özündə birləşdirən “Land Cruiser 300” - Saymaqla bitməyən yenilik - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bütün mükəmməllikləri özündə birləşdirən “Land Cruiser 300” - Saymaqla bitməyən yenilik - FOTO

Qafar Ağayev10:00 - 09 / 07 / 2021
Bütün mükəmməllikləri özündə birləşdirən “Land Cruiser 300” - Saymaqla bitməyən yenilik - FOTO

Bakıda tam yeni Toyota Land Cruiser avtomobilinin təqdimatı keçirilib.

Toyota-nın yeni Land Cruiser flaqmanı, iyun ayının əvvəlində Dünya Premyerasında tanıdıldı

Land Cruiser (300 Seriyası), 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni Land Cruiser SW modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır. Ancaq LC 300 köhnə modeldən dəfələrlə üstündür.

Belə ki, yeni avtomobil yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiya, yeni asqı sistemi və yeni xarici və daxili dizayn ilə köhnə Land Cruiserdən fərqlənir.

Keyfiyyət, Davamlılıq və Etibarlılıq (QDR) göstəriciləri yeni LC300-də daha da yaxşılaşdıraraq və yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq sürücülərin rahat irəliləmələrini təmin edir.

Mühərriklər, transmissiya və platformanın hamısı yenidir, həm yolda, həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanmışdır.

İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.

Azalan çəki və artan performans

Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir. GA-F platforması, fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən, gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır.

Korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilib.Ümumiyyətlə yeni Land Cruiser əvvəlkindən 200 kq yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt Dakar Ralli təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Burada məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi.

Ən yeni elektron sistem və ya əlavə gözlər

Fokus sahələri təkərlərin optimal balanslaşdırılmasına nail olmaq üçün asqı performansının tənzimlənməsi, təkərlərin zəminlə təmasda qalması və dünyada bir ilk olan Elektron Kinetik Dinamik Asqı Sistemi ilə yol tutuşunu yaxşılaşdırmaqdır. Yeni LC300, sürücünü dərhal avtomobilin ətrafının və təkərlərin mövqeyini əhatə edən yol səthinin real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor” tətbiq edən ilk Toyota-dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir.

Həcmi azalsa da performansı artan ekologiya dostu mühərrik...

LC 300-də daha bir yenilik mühərriklə bağlıdır. Belə ki, sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanmışdır. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10% azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.

Mühəndislik sahəsindəki irəliləyişlər, modelin irsinə və statusuna sadiq qalaraq həm yeni dizayna uyğun hala gətirilir, həm də yeni bir "funksional gözəllik" konsepsiyasını əks etdirir. Land Cruiser-in özünəməxsus, təmiz xətləri ilə yolsuzluq avtomobilinin (SUV-un) gücünü daha yüksək incəlik və kamilliklə əlaqələndirir. Kabin gedilən yol şəraitinin nə qədər sərt olmasından asılı olmayaraq sürücü və sərnişinləri rahat və təhlükəsiz hiss edə biləcəkləri daha yüksək səviyyədə həssaslıqla təmin edir. Yolsuzluq şəraitində hərəkət edərkən avtomobili dəqiq bir şəkildə təyin etmə qabiliyyəti ilə yeni Land Cruiser, cari SW modelinin ölçülərini, ümumi uzunluq və enini, təkər bazasını, hərəkətə keçmə və yaxınlaşma bucaqları da daxil olmaqla qoruyur.

Land Cruiser 300-ə rahatlıqla güvənə bilərsiniz

Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil Toyota Safety Sense tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (“Pre-Collision System”) qəzadan qaçınmağa kömək etmə qabiliyyəti artırılıb. Yeni LC300, dayanacaqda yavaşca hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni Park Dəstək Əyləci (“Parking Support Brake”) ilə təchiz edilib.

Nəzəriyyədən təcrübəyə: LC 200 və LC 300-ün müqayisəsi, gözəçarpan mükəmməllik

Avtomobilin özəlliklərindən danışmaqla bitməz. Toyota mühədisləri tərəfindən dizayn edilən bu model ancaq yenilikləri ilə bizləri təəccübləndirir. Avtomobil haqqında bu qədər danışmaqdansa bu avtomobili bir də yolda görüb test etmək lazımdır. Toyota Azərbaycan tərəfindən təşkil edilən mediaturda media nümayəndələri üçün də şərait yaradıldı. İlk olaraq LC 300 yolsuzluq şəraitində sınaqdan keçirildi. Peşəkər ofroad sürücü Kamran bəy yolsuzluq şəraitində LC 300-ün nələrə qadir olduğunu göstərdi, avtomobilin monitoru görünməyən yerləri görməyimizə kömək böyük kömək etdi. Ən çətin yolsuzluq şəraitində belə avtomobil öz mükəmməlliyini göstərə bildi. Təlimçimiz Kamran bəy bildirdi ki, LC 300 köhnə modellərin gedə bilməyəcəyi yolları da asanlıqla qət edə bilir. Test mərkəzində bütün sınaqlardan üzüağ çıxan LC 300-ü idarə etmə sırası bizə gəlir. Təşkilatçılar LC 200-lə LC 300-ün fərqini daha yaxşı hiss etməyimiz üçün test mərkəzinə hər iki modeldən gətirmişdilər.

Digər həmkarlarım kimi mən də ilk olaraq LC 200-ün sükanı arxasına keçdim, test mərkəzinin ərazisində avtomobilin həm sürətini, həm də manevrlərini test etdim. 4.5 litrlik dizel mühərrikli avtomobili test etdikdən sonra sıra 3.5 litrlik qoşa turbo benzin mühərrikli ən yeni Land Cruiser-i idarə etməyə çatır. İlk baxışda mühərrikin həcminə görə LC 300-ün LC-200-dən daha zəif performans göstərəcəyini düşünürdüm. Bu düşüncəm elə ilk anda, avtomobili idarə etməyə başlayanda yox oldu. Çünki 3.5 litrlik müasir mühərrik mükəmməl avtomobilin çəkimində özünü göstərdi. Yenilənən texnologiyaların sayəsində avtomobil növbəti mərhələlərdə, manevrlərdə də özünü göstərməyə başladı. Köhnə modeldən çevikliyi ilə seçilən LC 300, eyni zamanda komfortu ilə də sedan avtomobillərdən seçilmirdi. LC 200-də isə SUV-larda olan ənənəvi nahatlıq hiss olunurdu. Bort komputerə baxdımızda modellər arasında sərfiyyat fərqi də nəzərəçarpacaq dərəcədə çox idi. Mükəmməl dizaynı, komfortu, sürəti, funksionallığı ilə diqqəti cəlb edən LC 300, onu idarə edənləri heyran etməyi bacardı.

Reklam hüququnda

Paylaş:
1116

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər