Bu günün statistikası: 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb

S.Xankişiyeva17:36 - 10 / 07 / 2021
Bu günün statistikası: 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 389 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər