COVID-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

S.Xankişiyeva11:48 - 10 / 07 / 2021
COVID-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

COVID-19 ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1-ədək artırılıb.

1news.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabineti bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Bundan əvvəl müddət iyunun 1-dək nəzərdə tutulmuşdu.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Qeyd edək ki, əlavələr 2020-ci il martın 1-dən ödənilir.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər