Şəhid ailələrinə çağırış: Psixoloji yardıma ehtiyac varsa, müraciət edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailələrinə çağırış: Psixoloji yardıma ehtiyac varsa, müraciət edin

15:15 - 12 / 07 / 2021
Şəhid ailələrinə çağırış: Psixoloji yardıma ehtiyac varsa, müraciət edin

Psixoloji yardım üçün müraciət edənlərin 60 faizi müharibə iştirakçısı, 20-25 faizi terordan əziyyət görənlər olub.

1news.az bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva deyib. O bildirib ki, ən az şəhid ailələri üzvlərindən müraciət daxil olub.

"Bu da mental dəyərlərdən irəli gəlir. Gündəlik işlərinə qayıtmaqda çətinlik çəkmələri, yuxusuzluq, iştah pozulmaları, depressiv vəziyyətdə olmalarını normal qarşılayırıq. Bizdə belə bir düşüncə var ki, əvvəlki həyat şəraitinə qayıtsalar, şəhidin xatirəsinə hörmətsizlik etmiş olarlar".

Xanım Sofiyeva şəhid ailələrini psixoloji yardım almaq üçün müraciət etməyə çağırıb.

"Şəhid olan insanlar Vətən üçün, torpaq üçün şəhid olublar. Onlar ailə üzvlərinin əziyyət çəkmələrini istəməzlər. Geridə qoyduqları övladlarının layiqincə böyüdülməsini istəyərlər. Ona görə, xahiş edirəm ki, psixoloji yardıma ehtiyac varsa, müraciət edin. Biz də əlimizdən gələn yardımı göstərək".

1news.az

Paylaş:
251

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər