Azərbaycanda diplomatiya həftəsinin açılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda diplomatiya həftəsinin açılış mərasimi keçirilib

Qafar Ağayev14:05 - 12 / 07 / 2021
Azərbaycanda diplomatiya həftəsinin açılış mərasimi keçirilib

12 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, layihənin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllülərinin rəhbəri Nigar Eyvazzadə layihənin təqdimatını edərək, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət barədə danışıb.

Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək diplomatiya həftəsi cari ilin 12-26 iyul tarixlərində baş tutacaq. İştirakçıların 2 həftə ərzində Azərbaycan Respublikasının Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün AR XİN və digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsini işıqlandıran xarici jurnalistlər, tanınmış ictimai xadimlər ilə görüşləri keçiriləcək. Bununla yanaşı, layihə çərçivəsində bir sıra mədəni proqramlar, ekskursiya və səfərlərin reallaşdırılması nəzərdə tutulub.

Diplomatiya həftəsinin açılış mərasimində, ölkə rəhbərliyinə, Azərbaycan gəncliyinə, o cümlədən könüllülər hərəkatına göstərilən diqqət və yüksək dəyərə görə təşəkkür ifadə olunub.

Tədbirdə, 44 günlük Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə ehtiva edən video-kollaj nümayiş olunub.

Salamlama nitqi ilə çıxış edən ADA Universitetin prorektoru Fariz İsmayılzadə ADA Universitetinin XİN ilə birgə 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə həyata keçirilən xarici siyasət mövzusunda gənclərin məlumatlandırılması layihəsinin təşkilatçısı qismində çıxış etməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə tanıdılması baxımından gənclərin oynadığı mühüm rolu vurğulayıb.

Açılış mərasiminin əsas qonağı, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək, tədbirin bil il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib. Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev, Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsindən bəhs edib. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.

Tədbirin sonunda Hikmət Hacıyev iştirakçıların suallarını cavablandırıb.

Paylaş:
480

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər