“Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb

Qafar Ağayev17:37 - 12 / 07 / 2021
“Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) tərəfdaşlığı, Türk Işbirliği ve Koordinasyon Ajansı (TİKA), Anadolu Ajansı Haber Akademiyası və Türkiye Radyo Televizyon Kurumunun (TRT) təşkilatçılığı ilə Distant Təhsil Layihəsi çərçivəsində "Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, 12-14 iyul 2021 ci il tarixlərində “Zoom” platforması üzərindən videokonfrans formatında keçirilən təlimdə dünyanın bir çox ölkələrinin jurnalistləri ilə yanaşı Azərbaycan Respublikasının çap, onlayn və audiovizual media subyektlərini təmsil edən 20 jurnalist iştirak edir.

Üç günlük təlim zamanı “Böhran və münaqişə bölgələrində jurnalistika”, “Dezinformasiyaya qarşı mübarizə”, “Yalan məlumatların artmasında sosial şəbəkələrin rolu”, “Jurnalistika və etika”, “Münaqişə bölgələrində humanitar hüquq və prinsiplər”, “Beynəlxalq hüququn pozulması anlayışı”, “Axtarış və xilasetmə işləri barədə məlumatlandırma”, “Fəlakətdən xilas olan ailələrinin ehtiyac duyduğu məlumatlar”, “Münaqişə mühitində jurnalistin təhlükəsizliyi və psixologiyası”, “Böhran və münaqişəli bölgələrdən xəbər çatdırmağın yolları” və s. mövzularda media nümayəndələrinə Türkiye Radyo Televizyon Kurumunun (TRT) mütəxəssisləri tərəfindən mühazirələr oxunacaq.

İngilis dilində təşkil olunmuş beynəlxalq təlim rus, ərəb, fransız və türk dillərinə sinxron tərcümə edilir.

Layihə çərçivəsində iştirakçıların qiymətləndirilməsi (iştirak 50% / sual vermək və fikir bildirmək 50%) həyata keçiriləcək. Təlimlərdə fərqlənmiş jurnalistlərə müvafiq beynəlxalq sertifikatlar təqdim olunacaq.

Paylaş:
390

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər