Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı – VİDEO

S.Xankişiyeva11:47 - 13 / 07 / 2021
Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı – VİDEO

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər