Bakıda külək əsəcək, bəzi rayonlarda yağış, dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda külək əsəcək, bəzi rayonlarda yağış, dolu yağacaq

13:15 - 14 / 07 / 2021
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış, dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 15-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.

1news.az

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər