Casusluqda ittiham olunan ermənilərin bu gün məhkəməsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Casusluqda ittiham olunan ermənilərin bu gün məhkəməsi başlayır

S.Xankişiyeva09:17 - 14 / 07 / 2021
Casusluqda ittiham olunan ermənilərin bu gün məhkəməsi başlayır

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə başlayacaq məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər