“Bu il Qurban bayramı işğaldan azad olunan ərazilərdə də qeyd olunacaq” – AQTA-nın şöbə müdiri | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu il Qurban bayramı işğaldan azad olunan ərazilərdə də qeyd olunacaq” – AQTA-nın şöbə müdiri

Qafar Ağayev16:43 - 15 / 07 / 2021
“Bu il Qurban bayramı işğaldan azad olunan ərazilərdə də qeyd olunacaq” – AQTA-nın şöbə müdiri

“Bu ilki Qurban bayramının xüsusi özəlliyi var, özəllik ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə də bayram qeyd olunacaq”.

1news.az xəbər verir ki, bunu AQTA-nın şöbə müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı ilə bağlı sualları cavablandırarkən bildirib.

“Təəssüf ki, bu il də Qurban Bayramı koronavirus pandemiyasının tələbələrinə uyğun həyata keçiriləcək” – deyə, o əlavə edib.

“Qurban bayramı ətin daha çox kəsimin, istehlakçılara çatdırılması ilə müşaiyət olunan bir bayramdır. Respublika üzrə Qurban bayramı münasibəti ilə 88 ünvan müəyyənləşib. Orada heyvanların kəsimi, kəsilmədən satışı və yaxud ancaq kəsimi həyata keçiriləcək. Həmin yerlərdə normal baytarlıq və sanitariya qaydalarına əməl etməklə heyvanların kəsimi həyata keçiriləcək. İstehlakçılardan xahiş olunur ki, Qurban bayramında heyvanların alınması, kəsimi ilə bağlı həmin məntəqələrdən istifadə etsinlər”.

Q.Əbüləliyev qeyd edib ki, eyni zamanda heyvanların onlayn satışı həyata keçiriləcək

“Bakı, Sumqayıt, Abeşronda fəaliyyət göstərən marketlər şəbəkəsi vasitəsilə onlayn sifarişlər həyata keçiriləcək. Heyvanları diri, bütöv cəmdək və hissələrə ayrılmış şəkildə sifariş vermək olar. Həmçinin qurbanlıqların təyinatı üzrə çatdırılması da həyata keçiriləcək”.

Paylaş:
661

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər