Şəmkirdə baş vermiş qəzada 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "QAZel" markalı kiçiktutumlu yük maşını ilə "QAZ 31105" markalı minik avtomobili toqquşub.
Avtoqəza nəticəsində 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Şahin Məmmədov və 1971-ci il təvəllüdlü Ədalət Bayramov isə xəsarət alıb.
Hadisənin digər təfərrüatları araşdırılır.
1news.az
272