Dastana dönən Xudayarın doğum günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Dastana dönən Xudayarın doğum günüdür

12:30 - 15 / 07 / 2021
Dastana dönən Xudayarın doğum günüdür

Vətən Müharibəsi şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə 2020-ci il oktyabrın 22-də Zəngilanın Ağbənd (Hadrut) qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək "gizir" hərbi rütbəsi alıb.

1news.az

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər