“Narkotik satışının sosial platformalara ayaq açması” – “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Narkotik satışının sosial platformalara ayaq açması” – “Çıxışa doğru”da MÜZAKİRƏ

00:00 - 17 / 07 / 2021
“Narkotik satışının sosial platformalara ayaq açması” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Ölkə ərazisində xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövrlər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib vatsap ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Narkotik satışının sosial platformalara ayaq açması” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, psixiatr Əziz Mustafayev, "Şərq" qəzetinin redaktoru Ayyət Əhməd və keçmiş istifadəçi Nicat Zeynalov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər