Xameneinin nümayəndəsi: Şuşada namaz qılmaq arzum idi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xameneinin nümayəndəsi: Şuşada namaz qılmaq arzum idi

S.Xankişiyeva10:40 - 21 / 07 / 2021
Xameneinin nümayəndəsi: Şuşada namaz qılmaq arzum idi

“Şuşada namaz qılmaq Allahdan arzum idi”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejad “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq ona Şuşada namaz qılmaq nəsib olub.

“Şuşanı görəndən sonra çox narahat idim. Bu cür şəhəri uçurdalar, dağıdalar, zəbt edələr, 30 il yaşayalar, sonra da qoyub çıxıb gedələr... Belə olmaz. Allahdan istəmişəm ki, işğalçıların mühakiməsini bizə göstərməyi nəsib etsin”, - deyə Xameneinin Azərbaycandakı nümayəndəsi qeyd edib.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər