Azerbaijan Fish Farm kiçik sahibkarlara əlvan forel körpərinin dağıtım kampaniyasına start verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azerbaijan Fish Farm kiçik sahibkarlara əlvan forel körpərinin dağıtım kampaniyasına start verib – FOTO

10:54 - 23 / 07 / 2021
Azerbaijan Fish Farm kiçik sahibkarlara əlvan forel körpərinin dağıtım kampaniyasına start verib – FOTO

Əlvan forel və Xəzər qızıl balığının yetişdirilməsində yeniliklərə imza atan Azerbaijan Fish Farm sahibkarların körpə balıqlarla təmin olunması məqsədi daşıyan kampaniyaya start verib.

Şirkətin Qəbələ və Zaqatala rayonlarında yerləşən balıqyetişdirmə təsərrüfatlarında ən müasir yetişdirmə texnologiyalarının- qəfəs sistemləri, dövriyyəli su təchizatı, qapalı su çevrəsi sistemli, açıq axımlı hovuzların tədbiqi, Azərbaycan forel və qızıl balıq bazarında yüksək nəticələr əldə etməyinə şərait yaratmışdır.
Qeyd edək ki, Azerbaijan Fish Farm, bu sahədə çox qiymətli olan həm əlvan, həm də kəhraba forelin, həmçinin nəsli kəsilməkdə olan Xəzər qızıl balığının yetişdirilməsini uğurla davam etdirməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, hal hazırda 750000 ədəd forel körpəsi yetişdirilməkdədir. Bu balıqların bir qismi Azərbaycanın kiçik və orta balıqyetişdirmə təsərrüfatlarına körpə balıq kimi təmin olunması üçün ayrılacaqdır. Bundan başqa ölkənin çaylarının və su hövzələrinin bioloji müxtəlifliyinin qorunması məqsədi ilə Azerbaijan Fish Farm 100000 ədədə yaxın çay foreli körpəsinin təbiətə buraxılmasını təmin edəcəkdir.
Balıqçılıq sahəsi dövlət tərəfindən prioritet istiqamət olaraq seçilmişdir və Azerbaijan Fish Farm, öz növbəsində yüksək dövlət əhəmiyyətinə malik bu sahənin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atmaqdadır, ki bu da öz növbəsində ölkə iqtisadiyyatının qeyri-neft sektoru hesabına inkişaf etməsini stimullaşdırır.
Azerbaijan Fish Farm yerli balıqçı-fermerlərin təşfiqi istiqamətində genişmiqyaslı kampaniya başladaraq, yuxarıda qeyd olunduğu kimi, onları balıq körpələri ilə təmin edəcəkdir. Bu layihə bir daha Azərbaycanda kənd təsərrüfatının inkişafının və yerli balıq yetişdirən təsərrüfatların istehsal etdiyi məhsulların yüksək rəqabət şərtlərində davamlı olmasının vacib rol oynadığını bir daha sübut edir.
Layihədə iştirak etməkdə maraqlı olan balıq istehsalçıları və fermerlər aşağıda göstərilən nömrələrlə əlaqə saxlaya bilərlər:

Zaqatala şəhəri, Maqov kəndi

Zaqatala Yetişdirmə Təsərrüfatı: +99451-206-25-30

Qəbələ rayon, Çuxur Qəbələ kəndi

Qəbələ Yetişdirmə Təsərrüfatı: +99451-207-48-82

E-poçt ünvanı - [email protected]

Reklam hüququnda

Paylaş:
615

Son xəbərlər

Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30
Bütün xəbərlər