Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib - FOTO

Qafar Ağayev16:42 - 22 / 07 / 2021
Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib - FOTO

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ümumi çəkisi 1420 kiloqramdan artıq olan, 724 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər