Oğuzda kütləvi zəhərlənmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda kütləvi zəhərlənmə olub

S.Xankişiyeva14:10 - 23 / 07 / 2021
Oğuzda kütləvi zəhərlənmə olub

Oğuz rayonunda zəhərlənən sakinlər xəstəxanaya müraciət edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, dünən axşam saatlarından etibarən bu gün səhərə qədər 60 nəfərə yaxın rayon sakini qusma, mədə-bağırsaq pozulması və hərarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Müraciət edənlərin hamısı Oğuz şəhər ərazisindən olub. Xəstəxanaya yerləşdirilənlərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşən xəstələr evə buraxılıb.

Sakinlər arasında baş verən halsıqlığın nədən yaranması hələki bəlli deyil.

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər