17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

S.Xankişiyeva16:46 - 23 / 07 / 2021
17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Xəbər verildiyi kimi, iyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər