Şəmkirdə toyda monitorinq: Toy sahibləri cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə toyda monitorinq: Toy sahibləri cərimələndi

Qafar Ağayev13:19 - 26 / 07 / 2021
Şəmkirdə toyda monitorinq: Toy sahibləri cərimələndi

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları, fəaliyyətinə qanuna müvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki görüşlər keçirib.

Şöbədən 1news.az-a verilən məlumata görə, mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyinin Baş İdarəsinin əməkdaşları da iştirak edib.

Keçirilən tədbirlər nəticəsində rayon ərazisində bir neçə restoranda qaydaların pozulması aşkarlanıb. Belə ki, “Şəmkir Saray” və “Ömər-Oruc” şadlıq evlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçsə də, xidmət personalının və mərasimdə iştirak edən bir neçə qonağın COVİD-19 pasportunun olmaması aşkarlanıb. Polis əməkdaşları restoran sahibləri ilə profilaktiki söhbətlər aparıb. Onlara Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Mövcud qayda pozuntusu ilə bağlı inzibati protokol tərtib edilib.

Monitorinq iştirakçıları həyət evlərində təşkil olunan toy mərasimlərini də ziyarət edərək orada qanunamüvafiq araşdırmalar aparıb və bu zaman məlum olub ki, 50 nəfərdən artıq olmamalı olan toy mərasimlərində say həddindən artıq qonaqlar iştirak edib. Dərhal həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb, mərasim təşkilatçıları inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə həftə ərzində aparılan monitorinqlər zamanı rayon ərazisindəki “Yamin”, “Ceyhun”, “Uğur”, “Daşlı Qala”,”Şəmkir”, “Ömər-Oruc”, “Xan”, “Dostluq” və “Elmir” restoranlarında, həmçinin 20-dən çox fərdi yaşayış evlərində təşkil olunan toy mərasimlərində say həddinin çox olması, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçilməməsi, sosial məsafə və COVİD-19 pasportunun olmaması kimi qayda pozuntuları aşkar edilib. Həmin restoran sahibləri və fərdi yaşayış evindəki toy mərasimlərinin təşkilatçıları barəsində İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

Paylaş:
499

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər