Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.
1news.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Gənclik Mall-ın qarşısında baş verib. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı "Kia" və "Peugeot" markalı avtomobillər toqquşub.
"Kia"nın sürücüsü yol nişanı qaydalarını pozaraq Atatürk prospektinə dönmək istəyib. Bu zaman digər avtomobil ona çırpılıb. Nəticədə sürücülərdən biri xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır.
1news.az
254