Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində - FOTO
İyulun 28-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal Expo 2021” Sərgisi öz işinə başlayıb.
1news.az xəbər verir ki, Sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunur. Azərbaycanın stendində sahibkarlar tərəfindən müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və cemlər, bitki yağları, un və un məhsulları və s., eləcə də yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətləri təqdim edilir.
Bu gün Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Tatarıstan Respublikasının prezidenti Rustam Minnixanov Azərbaycanın stendini də ziyarət ediblər.
Qeyd edək ki, “Russia Halal Expo 2021” Sərgisi 12-ci “Rusiya – İslam dünyası: Kazan Sammit 2021” Beynəlxalq İqtisadi Sammiti çərçivəsində təşkil olunub. İyulun 30-dək davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.