Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib

S.Xankişiyeva17:26 - 28 / 07 / 2021
Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.

O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər