“Yeni Klinika”da COVID-19 əleyhinə peyvəndləmə davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yeni Klinika”da COVID-19 əleyhinə peyvəndləmə davam edir

S.Xankişiyeva12:23 - 29 / 07 / 2021
“Yeni Klinika”da COVID-19 əleyhinə peyvəndləmə davam edir

“Yeni Klinika”da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə canlı növbə əsasında peyvəndləmə davam edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən 1news.az-a

verilən məlumata görə, “Yeni Klinika” tibb müəssisəsində canlı növbə ilə peyvəndləmə COVID-19 əleyhinə istifadə edilən vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə təşkil edilib.

Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-dək fəaliyyət göstərir.

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər