Türkiyənin meşələri, bizim canımız yanır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin meşələri, bizim canımız yanır – FOTO – VİDEO

13:50 - 30 / 07 / 2021
Türkiyənin meşələri, bizim canımız yanır – FOTO – VİDEO

Türkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk olaraq iyulun 28-i Antalyada başlasa da, daha sonradan 21 ayrı əyalətə keçib.

Güclü yanğınlar nəticəsində Antaliyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər ölüb, Antaliyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib.

Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib. Manavqat, Marmaris və Bodrumdakı yaşayış məntəqələrindəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınların söndürülmüsəinə ölkənin bütün güclərinin səfərbər edildiyini bildirib.

Yanğınlardan insanlarla yanaşı ev və çöl heyvanları da ciddi ziyan çəkiblər, sayı dəqiq bilinməyən minlərlə heyvan yanaraq tələf olub.

Yanğınların miqyası onun qəsdən törədilməsi ehtimalını günü-gündən artırır. Belə ki, bu yanğın bir-birindən əlaqəsiz əyalətdə baş verir və yay aylarında isti havanın təsirindən baş verən yanğına bənzəmir.

Sosial şəbəkələrin Türkiyə seqmentində yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Bu müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır. Yayılan videoların birinin görüntülərindən isə meşə yanğınlarının qəsdən törədildiyi öz təsdiqini tapıb. Həmin videoda iki nəfərin açıq bir məkanda otlara od vurduğu və daha sonra gizlincə ərazidən uzaqlaşdığını görmək mümkündür.

Qeyd edək ki, keçmişdə özlərini “Atəşin övladları” adlandıran terrorçular Qaradəniz, İç Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artıb.

Bütün bu müzakirələr davam edərkən, “Oda TV”nin yaydığı məlumata görə, PKK terror təşkilatının “Atəşin övladları” adlı qruplaşması yanğınla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar.

Bununla yanaşı, Antalyadan 500 km aralıqda olan Ankarada yanğın törətməyə çalışan bir nəfər saxlanılıb. Polatlı adlı qəsəbədə də bir nəfər otları yandırıb qaçmağa çalışarkən sakinlər tərəfindən saxlanılıb və polisə təslim edilib. Yanğınsöndürənlər dərhal yanğına müdaxilə edə bilib və yanğın böyümədən söndürülüb. Son məlumata görə, meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, Türkiyədə yanğınların 57-si nəzarət altına alınıb. Onun sözlərinə görə, aktiv olan bütün yanğınlarda (yanğınların nəzarətə alınması və söndürülməsi) müsbətə doğru gediş var.

Türkiyəli nazir bildirib ki, yanğınlara mübarizəyə 3 təyyarə, 9 İHA, 1 pilotsuz vertolyot, 1 su çəni, 38 vertolyot, 680 yanğınsöndürən maşın, 55 texnika və 4 min personal cəlb olunub.

Türkiyədə baş verən yanğınlar ölkəmizdə də ciddi narahatlıqla qarşılanıb. Soydaşlarımız sosial şəbəkələrdə qardaş ölkəyə öz dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu və onun yanında olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı zamanı isə qeyd edilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır.

Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.

Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyənin meşələri yanırsa, bizim də canımız yanır. Ancaq əminik ki, hər dəfə olduğu kimi qardaş Türkiyə bu dəfə də çətin sınaqdan üzüağ çıxacaq, düşmənlərinə kədər, bizə sevinc bəxş edəcək.

1news.az

Paylaş:
855

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər