Samsung Galaxy Unpacked - avqustun əsas hadisəsi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung Galaxy Unpacked - avqustun əsas hadisəsi – VİDEO

S.Xankişiyeva10:40 - 04 / 08 / 2021
Samsung Galaxy Unpacked - avqustun əsas hadisəsi – VİDEO

Yayın ən gözlənilən hadisəsi olan Samsung Galaxy Unpacked avqust ayında keçiriləcəkdir.

Mərasimdə tam olaraq hansı məhsulların təqdim ediləcəyi hələ dəqiq bəlli deyil. Şirkətin rəsmi saytında tədbirin tarixi və saatı, elektron dəvətnamə ilə birlikdə kiçik bir press-relizdə qeyd edilib. Məqalənin qısa başlığında isə belə qeyd edilib: “Təsiri bütün sahələrdə əks olunan, buna misal olaraq, ofis mədəniyyətində ildırım sürətli dəyişikliklərdən tutmuş rabitə texnologiyalarında müşahidə edilən inqilablara qədər sürətli yenilənən bir dövrdə yaşayırıq. Həyatımızın sürətlənmiş bu tempinə uyğunlaşan və hər anından zövq almağımızı təmin edəcək çevik və çox yönlü mobil cihazlara indi hər zamankindən daha çox ehtiyacımız var. "

Qeyd etmək lazımdır ki, Samsung Unpacked tədbirlərini öz yeni məhsullarını və proqram təminatlarını təqdim etmək üçün təşkil edir. Bundan əlavə, “Çərçivələri sil, yeni dünyanı aç” kimi qeyd olunan tədbirin şüarını da nəzərə alsaq, bu dəfə bizləri tamamilə yeni cihazlar gözləyir.

Ötən müddət ərzində Samsung tədbirdə təqdim olunacaq cihazlarla bağlı bir neçə “üstü örtülü” aşıqlamalar etmişdir. Belə ki, keçən ay keçirilən Mobile World Congress (MWC) təqdimatında şirkət nümayəndələri çıxışlarını kiçik bir zarafatla tamamlamış və ən azı bir cihazın - yeni Galaxy Watch-ın, mərasimdə təqdim oluna biləcəyini qeyd etmişdirlər. Lakin, bəyanatda dəqiq tarix və ya zaman qeyd olunmamışdır, sadəcə "bu yay" deyilmişdir. Həmçinin, bir müddət öncə, şirkətin rəsmi səhifəsində mobil rabitə bölməsinin rəhbəri və prezidenti Dr. Tae Moon Ro ilə müsahibə yayımlanmışdır. Mətbuata açıqlamasında Prezident son bir ildə həyatımızın necə dəyişdiyini və bu sahədə texnologiyanın nə qədər böyük rol oynadığını qeyd etmişdir. Həmçinin, rəhbər, şirkətin hər bir istifadəçiyə sərbəstlik verməyə çalışdığını və bu istiqamətdə Google və Microsoft kimi tanınmış sənaye liderləri ilə yaxından əməkdaşlıq etdiyini bildirmişdir. Prezidentin sözlərinə görə bütün bunlar sürətlə dəyişən və bir-biri ilə əlaqəli dünyamız üçün təhlükəsiz və optimallaşdırılmış mobil texnologiyaların təmin edilməsi üçün vacib amilldir. Tae Moon Ro qeyd edir ki, “Samsung ilk növbədə insanları əsas tutur. Belə ki, yaratdığımız yeni bir cihazın həqiqətən də faydalı bir yenilik gətirməsini təmin etmək üçün sizi daima dinləyirik. Həyatı yalnız seçilmişlər üçün deyil, hər kəs üçün asanlaşdırmaq istəyirik"

Rəhbər, həmçinin, qeyd edib ki, Samsung smartfonlar kateqoriyasını dəyişdirmək və cihaz təcrübəsini tamamilə yenidən qiymətləndirilmək üçün üzümüzə gələn bir neçə həftə ərzində ən son və təkmilləşdirilmiş Galaxy Z seriyasını təqdim edəcək. Artıq istehsalçının tez-tez tamamilə naməlum üfüqləri öyrənib, təhlil etməsi ilə mövcud imkanları genişləndirmək üçün yeni yollar axtarmasına öyrəşmişik, elə bu səbəbdən də yeni, üçüncü nəsil, qatlana bilən smartfonlar bizi mütləq təəccübləndirməlidir.

Həmçinin, müsahibədə, tədbirdə dünyanın ilk məxsusi olaraq qatlana bilən telefonlar üçün dizayn edilmiş S Pen-inin təqdim ediləcəyi və şirkətin yeni Galaxy Note-un təqdimatının əvəzinə, Note-un hər kəs tərəfindən bəyənilmiş funksiyalarının daha çox Galaxy cihazında tətbiq olunacağını bildirmişdir.

Galaxy Unpacked tədbiri 11 Avqust tarixində, Bakı vaxtı ilə 18: 00-da baş tutacaqdır. Təqdimata rəsmi Facebook səhifəsindən və YouTube kanalından qoşula bilərsiniz. Samsung-un bu il bizim üçün daha bir sürprizi var. Belə ki, canlı yayıma Facebook səhifəsindən qoşularaq Galaxy Buds Pro qazanmaq şansı əldə edirsiniz! Müsabiqənin şərtləri:

-@SAMSUNGAZERBAIJAN səhifəsinə abunə olun

-Canlı yayım zamanı yeni Galaxy-lərdə ən çox bəyəndiyiniz xüsusiyyəti rəyə yazın.

3 qalib, iştirakçılar arasından təsadüfi üsulla seçiləcək.

Təqdimata mütləq qoşulun, şanslı qaliblər sırasına daxil olub, Galaxy Buds Pro-nun sahibi məhz siz olun!

Reklam hüququnda

Paylaş:
468

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər