Məsuliyyətli biznesin 11 prinsipi: chopard təcrübəsi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məsuliyyətli biznesin 11 prinsipi: chopard təcrübəsi - FOTO

18:49 - 03 / 08 / 2021
Məsuliyyətli biznesin 11 prinsipi: chopard təcrübəsi - FOTO

"Biz dünyada Yer planetindən daha qiymətli heç nəyin olmadığına inanırıq. Və borcumuz onun təmizliyini və bütövlüyünü gələcək nəsillər üçün qorumaqdır ” – Chopard Zərgərlik və Saat Evinin şüarı məhz belə səslənir.

Zinət əşyalarının və aksesuarların yaradılmasının hər mərhələsində brend onu rəhbər tutur. 2013-cü ildə Chopard Evi "Məsuliyyətli Lüks Dünyasına Səyahət"ə başlamışdır. Bu proqram Yer kürəsini və təchizat zəncirində iştirak edən insanları qorumaq məqsədi daşıyır. Onun 11 əsas prinsipi var:

SAF QIZIL

2018-ci ilin iyul ayından etibarən Chopard emalatxanaları iş şəraiti, sosial inkişaf və ətraf mühitin qorunması sahələrində ciddi meyarlara uyğun olaraq hasil edilən və emal olunan qızıl və almazdan istifadə edir. Chopard brendinin bütün qızıl təchizatçıları ya İsveçrə Saf Qızıl Birliyi ilə əməkdaşlıq edir və ya Fairmined yaxud Fairtrade sertifikatına malikdir.

OKEANIN QURTULUŞU

Chopard brendi Upcycled Marine Plastic adlanan dəniz plastikinin istehsalı üçün dənizə atılan tullantıların utilizasiyası məqsədilə Seaqual Initiative adlı qlobal okean təmizləmə proqramında iştirak edir. Bu brend, hətta bu plastikdən hazırlanmış Blue Denim aksesuarlar silsiləsini də yaradıb. Brendin tərkibində Upcycled Marine Plastic plastiki olan məhsullarını əldə etməklə siz qlobal okeanın təmizlənməsinə kömək edirsiniz!

TƏMİZ ENERJİ

Enerji istehlakını azaldaraq və bərpa olunan mənbələrə keçərək bu brend qlobal istiləşmə ilə fəal mübarizə aparır. İsveçrədəki Chopard binalarının istehlak etdiyi bütün elektrik enerjisi bərpa olunan mənbələrdən gəlir.

QİYMƏTLİ SU

Chopard brendi bütün təchizat zənciri boyunca suyun məsuliyyətli istifadəsinə sadiqdir. Brendin bütün obyektləri təkrar su təchizatı sistemləri ilə təchiz edilmişdir.

KİMYƏVİ MADDƏLƏR YOXDUR

Chopard brendi kimyəvi və təhlükəli maddələri daha az zərərli olanlarla əvəz etməyə çalışır. Bu brend əvvəllər istifadə olunan sürtkü yağlarının 77%-ni insan sağlamlığına və ətraf mühitə daha az zərər verən və xəbərdarlıq işarələri ilə işarələnməyən yağlarla əvəz edib.

EKOLOJİ UTİLİZASİYA

Chopard brendi təxminən 30 müxtəlif materialın toplanması və utilizasiyası üçün bir sıra təkrar emal xətlərini istifadəyə verib. Bundan əlavə, bu brend öz məhsullarının qablaşdırma materiallarının təkmillşdirilməsi üzərində daim çalışır.

Brendin mağazalarındakı çantaların laminasiyasız hazırlanması kağızın təkrar emalını asanlaşdırır, bağlar isə tərkibində heç bir plastik material olmayan yumşaq lifli pambıqdan hazırlanır. Animal World kolleksiyasının qutuları FSC sertifikatlı taxtadan və 100% təbii ipəkdən hazırlanır.

TƏHLÜKƏSİZ MƏKTƏBLƏR

2009-cu ildən Chopard təbii fəlakətlərdən zərər çəkmiş bölgələrdə təhlükəsiz məktəb binalarının inşasını və bərpasını həyata keçirən All Hands and Hearts - Smart Response fondunu dəstəkləyir. Fondu dəstəkləmək məqsədilə Karolina Şoyfele Happy Hearts kolleksiyası üçün 18-karatlıq çəhrayı qızıldan qırmızı ürəyə və “rəqs edən” brilyantlı ürəyə malik xüsusi bir bilərzik yaradıb.

ÇILPAQ ÜRƏKLƏR

Chopard brendi satış gəlirlərinin bir hissəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək edən Çılpaq Ürək fonduna yönəldilən çəhrayı sədəf ürəyi ilə bəzədilmiş xüsusi Happy Hearts bilərziyini buraxıb.

QARTALLARIN QAYIDIŞI

Eagle Wings fondu ilə əməkdaşlıq edərək Chopard brendi Alpine Eagle saatlarının satışından əldə edilən gəlirin bir hissəsini Alp bölgəsindəki berkutların populyasiyasını bərpasına yönəldir.

LEYKEMİYA İLƏ MÜBARİZƏ

L.U.C XP saatlarının satışından əldə edilən gəlirin bir hissəsini leykemiyanın müalicəsinə yönəltməklə Chopard Evi Jose Carreras Leukemia Foundation fondu ilə əməkdaşlıq edir. Bu fond müalicə əlçatanlığını və sümük iliyi nəqli aparatı ilə təchiz olunan xəstəxanaların sayını artırmağa kömək edir.

HƏR BİR ƏMƏKDAŞIN DƏYƏRİ

Bütün Chopard mütəxəssislərində sənətkarlığın ən nadir bilik, bacarıq və ənənələri var. Buna görə də brend onların daim təkmilləşdirilməsinə və peşəkar inkişafına böyük diqqət yetirir. Chopard öz əməkdaşları arasında mədəniyyətinə, cinsiyyətinə, yaşına və təcrübəsinə görə fərqlənən qrupların olmasına çalışır. Brendin bəzi əməkdaşları bu şirkətə 20 ildən artıq qüsursuz xidmət göstərib. Bu, yaxşı iş mühitinin və böyük bir ailəyə mənsubiyyət hissinin olmasının sübutudur.

Şirkət hər kəsi bu İsveçrə brendinin məhsullarını almaqla Chopard Zərgərlik Evinin təşəbbüslərində iştirak etməyə dəvət edir. Müasir dünyada heç kəs bəşəriyyətin üzləşdiyi qlobal problemlərə biganə qala bilməz. Bizim hər birimiz bu məsələyə məsuliyyətlə yanaşmalı və Yerin qorunub saxlanmasına bacardığımız töhfəni verməliyik!

Brendin bütün təşəbbüsləri haqqında daha çox məlumatı siz (hiperlink) veb saytında əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər