Baş prokuror Eldəniz Səlimova qarşı cinayət işinin maddəsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Eldəniz Səlimova qarşı cinayət işinin maddəsinə aydınlıq gətirib

S.Xankişiyeva12:47 - 03 / 08 / 2021
Baş prokuror Eldəniz Səlimova qarşı cinayət işinin maddəsinə aydınlıq gətirib

Baş prokuror Kamran Əliyev polisi döyən deputat Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanması məsələsinə aydınlıq gətirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, K.Əliyev bildirib ki, hadisə baş verən zaman həmin polis əməkdaşı vəzifə başında olmayıb:

“Bilirsiniz ki, həmin vaxt polis əməkdaşı vəzifəsinin icrasında olmayıb, onu zəng edib ora çağırıb, ona görə də 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ) maddəsinin tətbiqi uyğun deyil. Əgər hadisə polis vəzifə başında olan zaman baş versəydi, bu maddənin tətbiqi nəzərdən keçirilə bilərdi”.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər