Tikintiyə görə ağacları kəsənlər axtarılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikintiyə görə ağacları kəsənlər axtarılır

16:08 - 05 / 08 / 2021
Tikintiyə görə ağacları kəsənlər axtarılır

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

1news.az Trend-ə istinadən bildirir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə 2 ağacın götürülərək məhv edildiyi müəyyən olunub:

"Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir".

Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

1news.az

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər